Şəmkir rayonunda 52 yaşlı kişi soyuq silahla özünə xəsarət yetirib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Zəyəm kənd sakini, 1967-ci il təvəllüdlü A.Nəbiyev özünü bıçaqlayıb. Yaralı əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Onun ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 492 dəfə oxunub.