Şəmkirdə güclü külək - Elektrik enerjisi kəsildi

Şəmkirdə güclü külək   - Elektrik enerjisi kəsildi

Ötən gün axşam saatlarından başlayaraq qərb bölgəsində müşahidə olunan küləkli hava şəraiti Şəmkir rayonunda bir sıra fəsadlar törədib.

Aktual.az Kepeztv.az-a istinadən xəbər verir ki, əsasən elektrik təsərrüfatına ziyan dəyib. Küləyin sındırdığı ağac budaqları elektrik naqillərinin üzərinə düşərək onları yararsız hala salıb. Nəticədə rayon mərkəzində bir neçə küçə, eləcə də Vurğun, Yeniabad, Düyərli kəndlərinə elektrik enerjisinin verilişi kəsilib. Düyərli kəndində 5 güc transformatoru sıradan çıxıb. Şəmkir Elektrik Şəbəkəsi əməkdaşlarının müdaxiləsilə rayon mərkəzindəki küçələrə elektrik enerjisinin verilişi bərpa edilib, kəndlərdə isə iş davam etdirilir. 

Rayon Fövqəladə Hallar Komissiyası təsərrüfatlara dəyən ziyanı da araşdırır.

Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR