Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda iki şəxsi elektrik cərəyanı vuraraq öldürüb.
Aktual.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Belə ki, iyulun 8-də Sabirabad rayonunun Nərimankənd kəndində rayon sakini Murtuzəli Musayev transformatorda təmir işləri apararkən elektrik cərəyanı vurmasından ölüb.
Analoji hadisə Şəmkirdə də qeydə alınıb. İyulun 8-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində yaşayan azyaşlı Oruc İsgəndərovu elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.