Şəmkirdə 31 yaşlı kişi küçədə bıçaqlanıb.
Aktual.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Mahmudlu kəndində baş verib.
Rayonun Keçili kənd sakini, 1995-ci il təvəllüdlü Oruclu Ayxan Azər oğlu 1988-ci il təvəllüdlü İsgəndərov Elmil İmmaverdi oğlu ilə mübahisə edib.
Mübahisə davaya çevrilib və nəticədə A.Oruclu E.İsgəndərova iki bıçaq zərbəsi endirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.
Xəbər 472 dəfə oxunub.