Şəmkir rayonunda intihar hadisəsi qeydə alınıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Əliyaqublu kəndində baş verib.
Belə ki, 1990-cı il təvəllüdlü C.Əliyev vanna otağında özünü asıb. Onun özünü öldürməsinin səbəbi hələ məlum deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 572 dəfə oxunub.