Səməd Səmədov: “Arvaddan qorxuram”

Səməd Səmədov: “Arvaddan qorxuram”

Bu günlərdə 69 yaşını qeyd edən xalq artisti Səməd Səmədov cavan qalmasının sirrini açıqlayıb.

Publika.az-a danışan sənətçi buna görə həyat yoldaşına minnətdar olduğunu deyib:

“Hər kəs mənə deyir ki, ay Səməd, sənə bu yaşı vermək olmur, çox cavan görünürsən. Mən də bunun sirrini açıram və deyirəm ki, məni gənc saxlayan ömür-gün yoldaşım İradə xanımdır. O mənim üstümdə uşaq kimi əsir, hər nazımla oynayır. Buna görə də belə həyatsevər və gənc görünürəm”.

Səməd Səmədov xanımından qorxduğunu da gizlətməyib:

“Amma arvaddan qoxuram. Kişi arvaddan qorxmalıdır”.

Xəbər 2865 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR