Səmada “Mavi ay” peyda olacaq

Səmada “Mavi ay” peyda olacaq

2015-ci ilin iyul ayının 31-də yer kürəsinin əhalisi nadir – “Mavi ay”ı görə bilərlər. Keçən dəfə bu hadisə 2012-ci ildə qeydə alınıb, növbəti dəfə “Mavi ay” 2018-ci ildə görünəcək.

Aktual.azxəbər verir ki, bu məfhuma astronomlar “Mavi ay” adını ingilis dilində kök salmış və “nadir və ya heç vaxt” mənasını verən “Once in a Blue Moon” ifadəsinə görə veriblər.

Bir təqvim ilində on üç dolunay çox nadir hallarda olur, ona görə də astronomlar bu əlavə dolunayı “Mavi ay” adlandırıblar.  

İki dolunay arasında bir təqvim ayından cüzi fərqi olan 29,53 gün keçir. Ona görə də 2,7-də bir dəfə 12 təqvim ayı ərzində 13 dolunay müşahidə etmək mümkündür

 
Xəbər 605 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR