Selfie çubuğunda jurnalistlər üçün yeni kəşf…

Selfie çubuğunda jurnalistlər üçün yeni kəşf…

Selfie çubuğuna edilən yeni dəyişiklik ən çox televiziya müxbirlərinin işini asanlaşdırıb. 
 
 
Mikrafonlu selfi çubuğu ilə artıq müxbirlər, operatorlara ehtiyac duymadan istənilən yerdən canlı yayım edə biləcəklər.
 
 
“Solocam” adlı selfi dəsti televiziya xəbərçiliyinin üsullarını dəyişdirəcək bir kəşf sayılır. 
 
 
Xüsusilə hərəkətli anların yaşandığı reportajlarda müxbirlərin olduqları yerdən ən sürətli şəkildə canlı yayıma keçməsinə köməkçi olan “Solocam” selfi dəsti blutuz mikrofonu ilə satışa təqdim edilir. 
 
 
Bu texniki vasitənin bəzi versiyalarının qiyməti 149 dollar, sadə versiyası isə 50 dollardır. (Musavat.com)
 
Xəbər 619 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR