"Selfi" qadağan edildi

  • DÜNYA

Hindistanın Mumbay şəhərinin bəzi ərazilərində “selfi” çəkmək qadağan edildi.


Bu barədə Aktual.az Trend-ə istinadən məlumat verir.

2 nəfərin “selfi” çəkərkən dənizə düşərək ölməsindən sonra Mumbay polisi şəhərin 15 rayonunda “selfi” qadağası qoyub. Qadağan edilən ərazilərdən bəziləri çimərlik sahələridir.

Yaxın günlərdə mübahisəyə səbəb olan qərarla bağlı lövhələr quraşdırılacaq.

“Selfi” çəkənlərə hər hansı cəzanın verilib-verilməyəcəyinə dair hələ konkret qərar qəbul edilməyib.

Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR