Səlahəddin Dəmirtaşa cinayət işi açıldı

Səlahəddin Dəmirtaşa cinayət işi açıldı

Türkiyə Prokurorluğu kürdyönümlü Xalqların Demokratik Partiyası (HDP) sədri Səlahəddin Dəmirtaşa qarşı cinayət işi başladıb.

Aktual.az xəbər verir ki, buna səbəb ötən ilin oktyabrında ölkədə keçirilən kütləvi etiraz aksiyalarda onun əlaqəsinin olması göstərilir.


Artıq faktla bağlı araşdırma başlayıb.

Prokurorluq HDP sədrinin təqsirli olduğunu müəyyən edəcəyi təqdirdə, Dəmirtaş deputat toxunulmazlığı statusundan məhrum edilə bilər. Bu zaman HDP sədri 24 ilədək azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, artıq Xalqların Demokratik Partiyasının 80-nə yaxın deputatı toxunulmazlıq statusundan imtina etmək üçün müraciət edib.

 
Xəbər 477 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR