Sel Şamaxıda əkinləri yuyub apardı, kəndlə əlaqəni kəsdi

Sel Şamaxıda əkinləri yuyub apardı, kəndlə əlaqəni kəsdi

"KANAL S" ( Region TV) xəbər verir ki, Şamaxıya yağan leysan yağışları və dolu  Ərciman və Çağan kəndlərində bir sıra fəsadlar törədib.  Ərciman kəndinin ərazisindən  keçən Pirsaat çayında suyun səviyyəsi xeyli artıb.  Nəticədə təsərrüfata ciddi ziyan dəyib. Sakinlərin   əkin sahəsini sel yuyub aparıb, iri buynuzlu mal-qara tələf olub.

Kəndlərə gediş-gəlişdə də çətinliklər yaranıb. Xüsusilə də Ərciman kəndinə gedən yeganə yolun çaydan keçməsi nəticəsində kəndlə rayon mərkəzinin əlaqəsi kəsilib.

655-ə yaxın sakini olan kənddə hər il yağıntılar dövründə eyni hal yaşanır.  Məsələnin yeganə çıxış yolu isə çayın üzərində körpünün tikilməsidir.

Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR