Sel Göyçayı da vurdu - Rayona ciddi ziyan dəydi

Sel Göyçayı da vurdu   - Rayona ciddi ziyan dəydi

İyunun 12-də Göyçay rayonuna sel sularının gəlməsi nəticəsində dirəklər aşıb, rayonun 5-10 minlik elektrik xətti qırılıb, 100 hektar yonca və taxıl sahəsi sıradan çıxıb, iki böyük körpü uçub. 

Aktual.az xəbər verir ki, bu barədə AzNews.az-a sözü gedən rayonun Fövqəlada Hallar Komissiyasının sədri İkram Əliyev məlumat verib. Onun sözlərinə görə, təbii fəlakət zamanı rayona dəyən ziyanla əlaqədar komissiya təşkil olunub:

“Hazırda rayona iki komissiya gəlib. Biri “Azəryolservis”, ikincisi isə Fövqəladə Hallar Nazirliyindən. Hər iki komissiya rayona dəyən ziyanı hesablayır. Bundan əlavə əhaliyə də çoxlu ziyan dəyib, evlərə sel-suları dolub. Hazırda sel-suları çəkilib, uçan körpülər bərpa olunub. Amma ümumi iki körpümüz var ki, onun bərpası rayonun gücü daxilində deyil, bununla bağlı nazirlikdən nümayəndələr gəlib. Hazırda dəyən ziyan hesablanır”. 

İ.Əliyev əlavə edib ki, təbii fəlakət əsasən rayonun 3 kəndini- Qaraməryəm, Aşağı Qəraməryəm və Yekəxana kəndlərində baş verib.

Xəbər 541 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR