ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta İmişliyə səfər zamanı Şəkər Zavodunda olub. Burada istehsalat prosesinə baxış keçirilib.
Aktual.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, daha sonra səfir İmişlinin Oruclu kəndində istifadəyə verilən Süd emalı məntəqəsinin açılışında iştirak edib. Məntəqənin ABŞ və Azərbaycan hökumətlərinin maliyyə dəstəyi ilə inşa olunduğu bildirilib. Məntəqə süd istehsalçılarından toplanan südün keyfiyyətini analiz etmək üçün laboratoriya avadanlığı ilə təmin edilib. Bildirilib ki, yeni məntəqə üç icmada yaşayan 1200-dən artıq insanın həyat şəraitini yaxşılaşdıracaq və gəlirlərini artıracaq.