Səkkiz nəfərlik ailə güllələnərək məhv edildi

Səkkiz nəfərlik ailə güllələnərək məhv edildi
  • DÜNYA

ABŞ-ın Texas ştatında bir ailə tamamilə məhv edilib.

Aktual.az xəbər verir ki, polis evlərdən birində altı uşaq və onların valideynlərinin cəsədlərini aşkarlayıb.

Məlumata görə, evdə atəş səsləri eşidən qonşuları polisə xəbər verib. Evə gələn polislər silahlı bir şəxsin atəşi ilə qarşılaşıblar. O, bir saat davam edən danışıqlardan sonra təslim olub. Evə daxil olan polislər dəhşətli mənzərənin şahidi olublar.

Məlum olub ki, Devid Konli qurbanlarının əksəriyyəti qandallayıb. Onların hamısı güllə ilə öldürülüb, bəzilərinə isə bir neçə atəş açılıb.

Uşaqların yaşının 6-dan 13-ə qədər olduğu bildirilir. Onlardan 13 yaşlı Natanielin  bioloji atasının Devid Konli olduğu deyilir. Məlumata görə, öldürülən 40 yaşlı xanım Valeri Ceksonun əvvəllər  Devid Konli ilə münasibətləri olub.

Polis güman edir ki, qətlin motivi Valeri Ceksonla Konli arasından münasibətlər ola bilər.

Araşdırmalar göstərir ki, Konlinin kriminal tarixi 1988-ci ildə başlayıb. Sonuncu hadisə isə ötən ay qeydə alınıb. Konli xuliqanlıqda ittiham edilib.

 
Xəbər 542 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR