Şəkinin Aşağı Göynük kəndinə qaz verilib

Şəkinin Aşağı Göynük kəndinə qaz verilib

Bu gün Şəki rayonunun Aşağı Göynük kəndinə təbii qaz verilib.  SOCAR prezidenti Rövnəq Abdullayev təbii qazın verilməsi mərasimində iştirak edib.

SOCAR-ın vitse-prezidenti Bədəl Bədəlovun, Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun, “Azəriqaz” İB rəhbərliyinin və rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbirdə SOCAR prezidentinə məlumat verilib ki, 651 abonenti olan Aşağı Göynük kəndinin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 58117 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borulardan istifadə olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Mərasimdə çıxış edən Rövnəq Abdullayev bildirib ki, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlər çərçivəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə “mavi yanacaq”la təmin olunur. 

Cari ilin 4 ayı ərzində ölkənin 78 yaşayış məntəqəsinə təbii qaz verildiyini vurğulayan R.Abdullayev respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini deyib. 

Xəbər 853 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR