Şəkillərdəki əsl İsa peyğəmbər deyil – Sensasion araşdırma

Şəkillərdəki əsl İsa peyğəmbər deyil   – Sensasion araşdırma
  • DÜNYA

İsa Peyğəmbərin əsl siması tapılıb.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, elm xadimlərinə görə, Hz. İsanın hamıya bəlli olan şəkli həqiqəti əks etdirmir. Əksinə, Hz. İsanın buruq qısa saçlı və iri üzlü olduğu bildirilir. İngilis elm xadimləri ilə israilli arxeoloqların birlikdə apardıqları araşdırmanın nəticələrinə görə Hz. İsanın həqiqi üz xətləri bu günə qədər gördüyümüz şəklindən çox fərqlidir. Araşdırma zamanı xüsusi antropologiya üsullarından istifadə olunub. Hz. İsanın yaşadığı və bu gün İsrail sərhədlərində yerləşən Cəlilə bölgəsində həyata keçirilən araşdırmada, həqiqətə uyğun ən yaxın şəkilə çatmaq üçün İsa ilə eyni dövrə aid kəllələr araşdırılıb. Bu zaman Sami irqinin dəri rəngləri də nəzərə alınıb. Araşdırmanın nəticələrinə görə, Hz. İsanın zərif deyil iri üzlü, ağ deyil tünd bədənli olduğu məlum olub. Saçlarının isə uzun və düz deyil, qısa və buruq olduğu müəyyənləşib.

Xəbər 3302 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR