Şəkidəki körpü yenə uçdu, kənd işıqsız qaldı - Video

Şəkidəki körpü yenə uçdu, kənd işıqsız qaldı   - Video

Şəkidə günün ikinci yarısında dağlıq ərazilərə, şəhərin yuxarı hissəsinə yağan şiddətli yağışlar yenə də fəsadlara səbəb olub.

Yağıntının miqdarının çox olması səbəbindən Kiş çayında suyun səviyyəsi bir neçə dəfə artıb.

Bir müddət əvvəl Kiş kəndi ilə rayon mərkəzi arasında salınan müvəqqəti körpünün bir hissəsi uçub. Nəticədə bir müddətliyə həmin ərazidən gediş-gəliş məhdudlaşıb. Bundan başqa su çayın bəzi hissələrindən sızaraq yaxınlıqdan keçən avtomobil yoluna axıb. Hadisə nəticəsində Kiş kəndinin elektrik təminatı da dayanıb.

Fəsadları aradan qaldırmaq üçün əraziyə çoxlu sayda işçi qüvvəsi və canlı texnika cəlb olunub. Körpü düzəldilib, gediş-gəliş bərpa olunub. Hazırda rəsmilər, əlaqədar qurumların səlahiyyətliləri hadisə yerindədir. Dəyən ziyanın həcmi müəyyənləşdirilir.

Sakinlərin sözlərinə görə, istifadə etdikləri müvəqqəti yol belə sıradan çıxıb: 

“Müvəqqəti olan körpünü su apardı. İşıq xəttini zədələdi. Hal-hazırda Kiş kəndində işıq yoxdur. Gediş-gəliş yoxdu. Nohur gəndi ilə gedib-gəlirdilər. Onu da yağış dağıtdı. Mümkün deyil”. //Region.TV


Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR