Şəkidə Rusiyaya məxsus avtomobili qəzaya düşüb, ölən və yaralananlar var

Şəkidə Rusiyaya məxsus avtomobili qəzaya düşüb, ölən və yaralananlar var

Şəkidə Rusiya dövlətinə məxsus minik avtomobili qəzaya düşüb, bir nəfər ölüb, daha iki nəfər xəsarət alıb.

Aktual.az report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şəki-Qax avtomobil yolunun Şəki rayonu Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.
"Chevrolet"markalı, H 118 CH-46 Rusiya dövlət nömrə nişanlı minik avtomobili Şəkidən Balakən rayonu istiqamətində hərəkətdə olakən idarəetməni itirməsi nəticəsində yolun kənarına aşıb. Qəza nətəcəsində avtomobildə olan və şəxsiyyəti hələ ki, məlum olmayan qadın hadisə yerində ölüb. Avtomobildə olan daha iki nəfər sərnişin isə aldıqları bədən xəsarətləri ilə Şəki Mərkəzi rayon Xəstəxanasına (MRX) aparılıblar.
Hazırda ölən qadının və yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Qəzaya düşənlərin Balakən rayonu Katex kənd sakinləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. 
 
Aktual.az
Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR