Şəkidə oğurluq olub

Şəkidə oğurluq olub

Şəki rayon sakininin 25 baş xırdabuynuzlu heyvanı oğurlanıb.


Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Aran qəsəbə kənd sakini, Asəf Məmmədov DİN-in “102” xidmətinə müraciət edərək yaşadığı evin həyətyanı sahəsində tikilmiş tövlədən əmisinə məxsus 25 baş qoyunun oğurlandığı barədə məlumat verib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində cinayət işi başlanıb, oğurluq edən şəxs və yaxud şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirləri aparılır.

/ Aktual.az

Xəbər 668 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR