Şəkidə ər arvadını döyərək ağır xəsarət yetirib

Şəkidə ər arvadını döyərək ağır xəsarət yetirib

 Şəkidə döyülmə hadisəsi baş verib.

"Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, dünən axşam saatlarında rayonun İbrahim kənd sakini, 1992-ci il təvəllüdlü Türkan Şamil qızı Məmmədova sol döş qəfəsinin qapalı küt travması və yumşaq toxumaların əziyi diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan "Report”a bildirilib ki, T.Məmmədova müayinə zamanı əri tərəfindən döyüldüyünü bildirib. Onun müalicəsi xəstəxananın Cərrahiyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 580 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR