Şəki rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayon sakini, 1990-cı il təvəllüdlü Səfa Şahin qızı Abdullayevanı avtomobil vurub.
Ağır xəsarətlər alan S.Abdullayeva dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya qapalı kəllə-beyin travması və beyinə qan sızması diaqnozu qoyulub.
Vəziyyətinin ağırlığı nəzərə alınaraq o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 551 dəfə oxunub.