Şəkinin Oxut kəndində intihar hadisəsi qeydə alınıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında
Baş verib.
Kənd sakini, 2005-ci il təvəllüdlü Elgün Kəmran oğlu Məmmədlinin meyiti yaşadığı evin həyətyanı sahəsində ağacdan asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. 14 yaşlı E.Məmmədlinin intihar etməsinin səbəbi məlum deyil.
Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbər 491 dəfə oxunub.