Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic" turnirinin qalibi olub.
Aktual.az xəbər verir ki, 36 yaşlı qrossmeyster son turda qara fiqurlarla fransalı Maksim Vaşye-Laqravla 39-cu gedişdə heç-heçə edib. Bununla da xallarının sayını 6-a çatdıran Məmmədyarov bütün rəqibləri üçün əlçatmaz olub.
Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyanla qarşılaşıb. 34 yaşlı qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Qara fiqurlarla oynayan Rəcəbov 14-cü gedişdə rəqibi ilə heç-heçə edib. Nəticədə Rəcəbov turniri 4,5 xalla başa vurub.
Xəbər 297 dəfə oxunub.