Rumıniyanın paytaxtı Buxarestdəki "Superbet Chess Classic"in qalibi olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun turnirdəki qazancı bəlli olub.
Aktual.az xəbər verir ki, 36 yaşlı qrossmeyster 90 min ABŞ dolları əldə edib.
6-cı yeri tutan Teymur Rəcəbov isə 22 min 500 dollar qazanıb.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Superbet Chess Classic"in sonuncu - IX turunda Maksim Vaşye-Laqravla heç-heçə edərək xallarının sayını 6-ya çatdırıb və çempion olub.
Xəbər 373 dəfə oxunub.