Rusiyanın Suriyada terror qruplaşmalarına qarşı keçirdiyi əməliyyatlar tanınmış moskvalı rəssam Andrey Budayevə yeni təqvim yaratmaq üçün "səbəb" olub.
Aktual.az Komsomolskaya Pravda-ya istinadən bildirir ki, təqvim "Səhranın bəyaz günəşi" filminin motivləri əsasında hazırlanmış kollajlar seriyasından ibarətdir.
"Suriyadakı əməliyyatlarda və o məşhur filmdə gözəl, vətənpərvər pafos var. Üstəlik radikal islamçılar və terrorçular da çağdaş "basmaçı"lardır. Təqvimi 4 günə hazırladım. Adətən belə işlərə çox vaxt sərf etsəm də, bu dəfə çox sürətlə alındı. Fikrimcə, indi Suriyada yaşananlar məşhur sovet blokbasterinin davamıdır", - rəssam deyib.




