Səhmdarlarla görüş - “European Tobacco-Baku”da

Səhmdarlarla görüş  - “European Tobacco-Baku”da

“European Tobacco-Baku” Açıq Səhmdar Cəmiyyətində rəhbərlik səhmdarlarla görüş keçirib. İclasda cəmiyyətin İdarə Heyətinin sədri Rüfət Quliyev, Müşahidə Şurasının üzvü Qəzənfər Paşayev, fabrik direktoru Elşad Nadirov, aidiyyəti şöbələrin müdirləri və digər rəsmi şəxslər iştirak edib. İşləyən və işləməyən səhmdarlar da daxil olmaqla 100 nəfərdən artıq nümayəndənin iştirakı ilə keçirilən görüşdə Cəmiyyətin İdarə Heyətinin sədri Rüfət Quliyev çıxış edib, səhmdarlara onları maraqkandıran sual vermələri üçün müraciət edib.

Səhmdarlardan Şahnəzərova Firuzə, Şirinova Raya, Quliyev Valeh, Eyvazova Xeyransa, Qəhrəmanova Səmayə və səhmdarların vəkili Rəsulov Xəlifə çıxış edərək səhmlərin sayı, dividentlərin məbləği ilə əlaqədar onları maraqlandıran sualları rəhbərliyə ünvanlayıblar.

Səhmdarlardan sonra çıxış edən Rüfət Quliyev və Qəzənfər Paşayev ölkə prezidenti cənab İlham Əliyevin əhalinin rifahının yaxşılaşdırılması istiqamətində apardığı iqtisadi siyasət kursu haqqında dolğun məlumat verib, səsləndirilmiş sualları ətraflı cavablandırdıraraq bildiriblər ki, “European Tobacco-Baku” Açıq Səhmdar Cəmiyyətinin təsisçisi “SOREX Management İNC”-in rəhbərliyi ilə danışıqlar aparılıb. Nəticədə qərara alınıb ki, təsisçinin hesabına səhmdarlara xüsusi olaraq kömək məqsədilə 51 min manat məbləğində divident ödənilsin. Həmin dividentlər cari ilin may ayının III dekadasında səhmdarlara ödəniləcək. Həmçinin səhmdarların 2015-ci ilin yekunlarına görə iclası keçirildikdən sonra onlara həmin ilin dividentləri də ödəniləcək.

Eyni zamanda bildirilib ki, səhmdarlarda olan səhmlərin faizinin az olması nəzərə alınaraq gələcəkdə“SOREX Management İNC”-in hesabına ödəniləcək dividentlərin məbləğinin artırılması gündəmdədir.

Həmçinin görüşdə təklif olunub ki, səhmdarlarla əlaqələri daha da yaxşılaşdırmaq, onların problemlərinin operativ həll olunması üçün hər iki tərəfdən 4-5 nəfərdən ibarət komissiya yaradılsın. Müəssisə rəhbərliyi bildirib ki, belə komissiya onlarda artıq fəaliyyət göstərir.
Səhmdarlar sonda ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını vurğulamış, müəssisədə görülən və görüləcək işlərdən öz razılıqlarını bildirərək xahiş ediblər ki, problemlərinin həlli həmişə müəssisə rəhbərliyinin diqqət mərkəzində olsun. Onların bu xahişi müsbət cavablandırılıb.

Xəbər 3850 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR