Səhiyyə sahəsində qanunlardan biri ləğv edilir

Səhiyyə sahəsində qanunlardan biri ləğv edilir

Azərbaycanda səhiyyə sahəsində mövcud olan qanunlardan biri ləğv edilir.


Aktual.az Apa-ya istinadən xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma, habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunun ləğv edilməsi müzakirəyə çıxarılıb. Bildirilib ki, digər müvafiq qanunlarda burada təsbit olunan məsələlər əks olunduğu üçün qanunun tətbiqinə ehtiyac yoxdur.

Məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər 369 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR