Səhiyyə Nazirliyindən Oqtay Gülalıyevlə bağlı açıqlama

Səhiyyə Nazirliyindən Oqtay Gülalıyevlə bağlı açıqlama

Səhiyyə Nazirliyi dünən gecə avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumu ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hüquq müdafiəçisi Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Kliniki Tibbi Mərkəzə gətirilib. Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar. Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan City Hospitala köçürüblər. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır.


Xəbər 206 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR