Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradıldı

Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradıldı

Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradılıb.


Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradılıb.

Səhiyyə Nazirliyinin Apellyasiya Şurasının ilk iclası keçirilmiş, kollegial orqanın fəaliyyət istiqamətləri və təşkilatı məsələlər müzakirə edilib.

Tərkibinə Səhiyyə Nazirliyinin məsul şəxsləri daxil olan Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı verilən təkrar şikayətlərə baxan kollegial orqandır.

Səhiyyə Nazirliyində Şuranın yaradılması şikayətlərə baxılma sahəsində şəffaflığın və obyektivliyin, həmçinin sahibkarların hüquqlarının və qanuni maraqlarının müdafiəsi məsələlərinə diqqətin daha da artırılmasına xidmət edəcək. 

Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR