Səhiyyə Nazirliyi qriplə bağlı fevral ayının ortalarına olan statistikanı açıqlayıb.
Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, Rusiyanın səhiyyə nazirliyinin son məlumatına görə, ölkədə qış mövsümü başlayandan bəri, fevral ayının 12-nə qədər 388 ölüm halı qeydə alınıb.
Nazirlikdən verilən məlumata görə, epidemiyanın ən yüksək həddi artıq aşılıb.
Qrip epidemiyasının fevral ayı ərzində ölkənin 59 şəhərində azaldığı müşahidə olunub və nazirlik bunun artıq sevindirici hal olduğunu bildirib.