Səhiyyə Nazirliyi: Göyçaydakı qəzada 4 nəfər xəsarət alıb

Səhiyyə Nazirliyi: Göyçaydakı qəzada 4 nəfər xəsarət alıb

Göyçayda rayon mərkəzində "Qazel" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması ilə baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.

Aktual.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər kişi Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan 3-ü lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. 4-cü şəxs isə çanaq, burun və əlin sınıqları diaqnozu ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Xəbər 498 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR