Ağcabədi rayonunda “Coca-cola” içkisindən zəhərlənərək baş verən ölüm hadisəsinə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən münasibət bildirilib.
Aktual.az-ın məlumatına görə,mərkəzin şöbə müdiri İmran Abdullayev modern.az saytına açıqlamasında bildirib ki, ilkin məlumata görə, Ağabəyli kəndində yaşayan Xocavənd rayon sakini Murad Nəsirov içkinin içərisinə dərman ataraq öz venasına vurub.
“Bu, içkini qəbul etməklə başa gələn ölüm hadisəsi deyil. Onun zəhərləyici komponenti yoxdur. İlkin məlumata görə, cavan oğlan kiməsə hirslənib narazılığı olub, “Coca cola”nın içərisinə dərman atıb və sonra onu da damarına vurub. Rayon şöbəsindən verilən ilkin məlumata görə, mayeni damarına vurub”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti sözügedən şəxsin “Coca cola”dan zəhərləndiyi ilə bağlı məlumat yaymışdı. Sözügedən məlumatı BURADAN oxuya bilərsiniz.
Lakin daha sonra məlumatda dəyişiklik edərək "Coca cola" sözü çıxarılıb.