Səhiyyə naziri vətəndaşları qəbul edəcək

Səhiyyə naziri vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Oqtay Şirəliyev Ucarda vətəndaşları qəbul edəcək.


Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəbul yanvarın 6-da saat 14:00-da olacaq. Ucar Rayon Mərkəzi Xəstəxanasında baş tutacaq görüşdə Ucar, Göyçay, Ağdaş, Ağsu və Zərdab rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.
Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR