Şəhidimiz dəfn edildi

Şəhidimiz dəfn edildi

Fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində Yevlax şəhərindən olan hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.

Aktual.az Lent.az-a istinadən xəbər verir ki, məlumata əsasən bu gün İmran Mirzəyevin nəşi doğulduğu Yevlax şəhəri Aran qəsəbəsinə gətirilib və ailə üzvlərinə təhvil verilib.

Saat 12.00-da şəhidlə vida mərasimi keçirilib və ailə üzvlərinin, şəhər ictimaiyyətinin iştirakı ilə dəfn olunub. Mərasimdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov, Müdafiə Nazirliyinin əməkdaşları, Yevlax hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhidin əsgər yoldaşları iştirak ediblər.

Onu da əlavə edək ki, Mirzəyev İmran Xudaverdi oğlu 1996-ci ildə Yevlax rayonu Aran qəsəbəsində anadan olub. 2014-cü ilin oktyabr ayında Yevlax şəhər Hərbi komissarlığından hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin rəhbərliyi, Yevlax şəhər İcra Hakimiyyəti başçısı şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.

Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR