Şəhid qardaşı intihar etdi

Şəhid qardaşı intihar etdi

Şəhid Babək Sakit oğlu Aslanovun birinci kurs tələbəsi olan qardaşı Saməddin Aslanov vəfat edib.
Aktual.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar Vəliyev məlumat paylaşıb.
O bildirib ki, şəhid qardaşı yaşadığı travmalardan, çəkdiyi iztirablardan toparlana bilməyərək həyatına son qoyub.
O, ölümündən qabaq baş verənlər haqqında paylaşım da edib.
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, 07.01.2025-ci il tarixində saat 22:40 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:
"Baş-beynin travması diaqnozu ilə Cərrahi reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilib. Aparılan müalicə və reanimasiyon tədbirlərə baxmayaraq, 08.01.2025-ci il tarixində saat 13:00 radələrində onun ölüm faktı qeydə alınıb”.
Qeyd edək ki, Babək Aslanov 2020-ci il oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Yanıqlı kəndində dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Xəbər 67 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR