Tovuzda bədbəxt hadisə baş verib.
Aktual.az xəbər verir ki, rayon sakini 22 yaşlı Əmrah Abdullayev balıq tutmaq istəyərkən elektrik vurması nəticəsində dünyasını dəyişib.
Hadisə barədə sosial şəbəkədə yazan Tovuzdan seçilmiş millət vəkili Qənirə Paşayeva bildirib ki, Əmrahın atası şəhid olanda anasının qucağında 2 aylıq körpə idi: “Anası hər çətinliyə sinə gərib oğlunu gözəl şəkildə böyütmüşdü,onunla qürur duyurdu, amma əcəl imkan vermədi. Kənd sakinləri xəbər verən kimi Səhiyyə Nazirliyinin qurumları ilə danışıb təcili kömək üçün xahiş etdim. Bir neçə dəqiqə sonra artıq gec olduğunu dedilər. Allah rəhmət etsin, nur içində yatsın Əmrah. Allah gözəl anasına səbr versin. Gənclərimiz isə ehtiyatlı, diqqətli olsunlar”.