Son günlərdə Azərbaycanla Ermənistan arasında gedən döyüşlərdə ordumuz bir çox şəhid verib.
Musavat.com xəbər verir ki, təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən həlak olan hərbçimiz, 19 yaşlı şəhid, kəşfiyyatçı əsgər Emin Bağırovun sosial hesabında yazdığı sözlər dostlarını və onu sevənləri kədərləndirib.
O, əsgər olduğu müddətdə sosial hesabında fotolarının birində belə yazıb: “Hər Ana əsgər dünyaya gətirə bilər, amma yalnız azəri qadınları şəhid, qəhrəman, Mübariz İbrahimov gətirir dünyaya”
Digər fotosunda isə : “Əsgər oldum, gedirəm irəli. Haqqını halal et, anam. Bəlkə qismət olar, şəhid oldum”,- deyə qeyd edib.
Emin Bağırov düşmənlə döyüşlərdə minaya düşərək həyatını itirib. Şəhid əsgərimiz Binəqədi qəsəbəsində dəfn olunub.
Onu da bildirək ki, E. Bağırov Binəqədi rayon Gənclər və İdman idarəsi “Arktika” idman klubunda uşu idman növü ilə məşğul olurdu.
// Aktual.az