Ötən gün cəbhə xəttində şəhid olan kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu doğulduğu Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, erməni kəşfiyyat-diversiya qrupunun hücumunu dəf edərkən şəhid olan E. Abbaszadənin dəfn mərasimində Müdafiə Nazirliyinin yüksək çinli zabitləri və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Dəfn mərasiminin sonunda hərbi orkestr Azərbaycan himnini səsləndirib.
Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif edilib.