Bu gün ölkəmizdə hərtərəfli
və geniş miqyaslı islahatlar aparılır. Qətiyyətlə demək olar ki, müstəqillik əldə
etdiyimiz illər ərzində miqyasına görə bu səviyyədə heç bir islahat aparılmamışdır.
Hamımıza məlumdur ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş
Azərbaycanın inkişaf və tərəqqi strateqiyası bu gün möhtərəm prezidentimiz cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əldə olunmuş nailiyyətlərin
qazanılmasında Azərbaycan Respublikasının birinci Vitse-prezidenti, Heydər
Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır.
Bütün dünyanı
bürümüş koronavirus (covid-19) pandemiyası dövründə də bir daha sübut olundu ki,
ölkəmizin inkişaf strategiyası düzgün qurulmuşdur. Möhtərəm prezidentimiz İlham
Əliyev tərəfindən aparılan dövlət siyasətinin prioteti Azərbaycan vətəndaşıdır.
Pandemiya dövründə
dövlətimiz tərəfindən atılan bütün addımlar ümumdünyaa Səhiyyə təşkilatı, digər
beynəlxalq təşkilatlar və inkişaf etmiş xarici ölkələr tərəfindən bəyənilərək dəstəklənmişdir.
Görülən tədbirlərin nəticəsində pandemiya ölkəmizdə geniş yayıla bilməmişdir.
Koronavirusu gözə görünməz bir düşmənlə
müqayisə etmək olar. Dünyanı təlatümə gətirən bu virusa qarşı mübarizə zamanı vətəndaşlarımız
prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşdilər. Bu dövrdə prezidentlə
xalqın birliyi bir daha sübüt olundu.
Həmişə olduğu kimi bu dönəmdədə Möhtərəm
Prezidentimiz şəhid ailələrinin, əlillərin, veteranların, aztəminatlı ailələri
tənha və kimsəsizlərin yanında olaraq onların bütün qayğılarının həlli üçün
üçün aidiyyatı qurumlara öz tapşırıqlarını verdi.
Belə bir çətin
zamanda Mehriban xanım Əliyevanın da xidmətlərini xüsusi qeyd etmək lazımdır. Dövlətimiz
tərəfindən bütün yardımların edilməsinə baxmayaraq Heydər Əliyev Fondu tərəfindən
edilən yardımlar da hər bir Azərbaycan vətəndaşı tərəfindən xüsusi rəğbətlə
qarşılanır.
Bütün dünyanı təlatümə gətirən pandemiya dövründə ölkəmizdə
aparılan islahatları da uğurla davam etdirilir. Möhtərəm prezidentimiz cənab
İlham Əliyevin qətiyyəti sayəsində korrupsiyaya qarşı ciddi və məqsədyönlü
mübarizə aparılır. Etiraf etmək lazımdır ki, korropsiyaya bulaşmış məmurların
işdən çıxarılaraq həbs olunması hər bir Azərbaycan vətəndaşının ürəyincədir. İnanıram
ki, bu siyasət prezidentimiz tərəfindən uğurla davam etdirəcəkdir.
May ayının 4-də
Qoşulmama hərakatının sədri kimi prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən
videokonfrans bir şəhid anası kimi məndə fəxr hissi doğurdu. Videokonfrans
zamanı bir daha əmin oldum ki, Azərbaycanımız koronavirusla mübarizəyə görə
müsbət nəticələrə gətirib çıxaran təcrübəyə malikdir. Ölkəmizin təcrübəsinin Qoşulmama hərəkatı dövlətləri tərəfindən bəyənilməsi
və bu təcrübədən öz dövlətlərində istifadə edəcəkləri barədə dedikləri hər bir
Azərbaycan vətəndaşının ürəyincə oldu.
Bir şəhid anası
kimi inanıram ki, möhtərəm prezidentimiz cənab İlham Əliyev müstəqil Azərbaycanı
yeni-yeni uğurlara aparacaqdır. Qeyd etməyi özümə borc bilirəm ki, biz şəhid
ailələri həmişə İlham Əliyevin ətrafında olacağıq.
Xəbər 509 dəfə oxunub.