Şəhid ailələrinə edilən yardım artırıla bilər - 30 min manata

Şəhid ailələrinə edilən yardım artırıla bilər   - 30 min manata

“Şəhid ailələrinə dövlət tərəfindən nəzərdə tutulan 11 min manat yardım 30 min manata qaldırılmalıdır”.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bunu  açıqlamasında millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Onun sözlərinə görə, şəhid ailələrinə yardım üçün nəzərdə tutulan birdəfəlik 10 min manatlıq yardım çox azdır: “Bundan əlavə, şəhid ailələrinin mənzil problemi var, bunu həll etmək lazımdır. Bu barədə prezident qərar verib. Məsələ diqqət mərkəzindədir. Amma görürsən ki, arada kimsə, nəsə diqqətdən kənar qalır. Şəhidlərin ailələrinin problemi olmamalıdır. Çünki onlar torpaq, vətən uğrunda şəhid olublar. Onların yadigarlarının problemlərini həll etmək də bizim öhdəmizdədir”. 

Deputat hesab edir ki, şəhid ailələrinə verilən yardımlar, birdəfəlik müavinət kimi məsələlərin yenidən baxılmasına ehtiyac var: “Müəyyən məsələlər var ki, bunlar öz həllini tapmalıdır. Şəhid ailələrinə daha dərindən diqqət etmək lazımdır”.

Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR