Səhərlər bu QAYDALARA əməl edin, yoxsa...

Səhərlər bu QAYDALARA əməl edin, yoxsa...

Bəzi səhərlər tərs yerinizdən qalxdığınızı düşünürsünüz? Niyə bəzi günlər digər günlərdən fərqi olaraq pis keçir? Çünki səhər rejiminiz yoxdur. Gününüzün necə keçəcəyi günə necə başlamanıza bağlıdır. Əgər gözəl bir gün keçirmək istəyirsinizsə, günə gözəl başlamalısınız.
Yuxudan tez oyansanız da, gec oyansanız da günə başladığınız ilk saat çox əhəmiyyətlidir. Hansısa sevgi münasibətinin ilk bir həftəsi münasibətin sonrasına təsir etdiyi kimi, günün ilk bir saatı da davamı üçün zəmin yaradır. Buna görə günə başlarkən ilk saat üçün rejiminiz olmalıdır.
Aktual.az Ailəm.az-a istinadən əhvalınızı maksimum şəkildə saxlamaq üçün günün ilk saatı etməniz gərəkənləri təqdim edir.

Yataqdan qalxarkən iş həyatınızda nə qədər şanslı və xoşbəxt olduğunuzu özünüzə xatırladın.

Yuxu bədəndəki suyu əmər. Oyandığınızda 1 stəkan su için. Üzərinə limon da sıxa bilərsiniz.

Dişlərinizi və dilinizi fırçalayın. Sonra üzünüzü də yuyun.

Bədəninizi elastikləşdirin.

Səhərlər danışmazdan əvvəl səsinizi açın. Səs zəiflədiyi üçün səsinizi açacaq hərəkətlər edin.

Yaşıl tərəvəzlərdən meyvə suyu hazırlayın. Səhərləri ispanaq, kərəvəz, alma və buna bənzər qidalardan meyvə suyu hazırlayın.

Bədəniniz yeni oyandığından və həzm sistemi yenicə çalışmağa başladığından zəngin səhər yeməyi düzgün seçim deyil. Yüngül səhər yeməyi yeyin.

Səhər oyandığınızda bir şeylər oxuyun. Kitab oxumaq diqqətinizi toplayar və beyninizi fəaliyyətə gətirər.

Gün ərzində edəcəyiniz şeyləri planlaşdırın. İşinizdən asılı olmayaraq hər gün 3 məqsədiniz olmalıdır.

Çay için. Çay ruh halınız, həzm sistemi və sağlamlığınız üçün xeyirlidir. Yaradıcılıq qabiliyyətinizi artırar.

Hər gün üçün bir şey niyyət edin. Niyyətlə məqsəd eyni düşünülsə də, niyyət nəzərdə tutduğunuz bir şeyi sevgi və qayğıyla görməkdir.

Xəbər 934 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR