Avstraliyada yaşayış qəsəbələrdən biri hörümçəklərin kütləvi hücumuna məruz qalıb. ANS PRESS-in məlumatına görə, hardan gəldiyi bilinməyən milyonlarla hörümçək qəsəbənin hər tərəfində tor qurublar.
Mütəxəssislər bildirir ki, yerlilərin təəccübünə səbəb olan bu hadisə sadəcə olaraq hörümçəklərin kütləvi köçüdür.
Qəsəbə sakinləri maraqlı hadisə ilə bağlı fotoşəkilləri sosial şəbəkədə paylaşıb.
Şəkillərdə hörümçəklərin qəsəbənin hər tərəfində tor qurduğu, bəzi evlərin tamamilə torla əhatə olunduğu görünür.
Aktual.az