Yəmənin Hadramevt şəhərinin qubernatoru Əhməd bin Bərik açıqlama verərək şəhər içində motosiklet istifadəsinin qadağan edildiyini bildirib.
Aktual.az axar.az-a istinadən bildirir ki, qubernator bir ay davam edəcək qadağanın təhlükəsizlik qüvvələrinə qarşı motosikletli hücumların günbəgün artmasına görə alındığını qeyd edib.
Xatırladaq ki, şəhərdə son 6 ildə "Əl Qaidə" yaraqlıları tərəfindən təşkil edilən hücumların əksəriyyəti motosikletlə icra edilir. Şəhər sakinlərinin böyük qisminin nəqliyyat vasitəsi kimi motosikletdən istifadə etməsi qərarın tətbiqini çətinləşdirir.