Suyun nə qədər faydalı olduğunu bilsək, onu əlimizdən yerə qoymarıq. Lakin dahi Nizami Gəncəvinin dediyi kimi: "Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da".
Aktual.az lent.az-a istinadən bildirir ki, yaponların yuxudan oyanan kimi su içmək vərdişləri olduğunu bilirdiniz? Çox qədim tarixi olan Yapon Su Terapiyası bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Su içməyin faydaları ilə bağlı aparılan araşdırmalar hər gün bir az daha çoxalır. Yapon Su Terapiyası qastrit, diabet, yüksək təzyiq, astma, qəbizlik, ishal, göz xəstəlikləri, babasil, bronxit, vərəm, ürək problemləri, epilepsiya, qulaq-burun-boğaz xəstəlikləri, artrit, xərçəng, menstruasiya nizamsızlığı, böyrək və sidik yolları narahatlıqları kimi bir çox ciddi və yayılmış xəstəliklərlə mübarizədə istifadə edilən üsuldur.
Boş mədəyə su içməklə başlayan Yapon Su Terapiyası səhər yuxudan oyanan kimi ilk iş olaraq yerinə yetirilməlidir. Dişlərinizi fırçalamazdan əvvəl 640 ml. (təxminən 4 stəkan) su için. Suyun florid tərkibli olmamasına diqqət yetirin. Dişlərinizi fırçalayıb ağzınızı təmizləyin. Amma 45 dəqiqə heç bir şey yemək olmaz. Ondan sonra hər zamankı kimi səhər yeməyinizi yeyin. Səhər yeməyindən sonra iki saat heç nə yeməyin. Yapon ənənələrinə görə, su bir az ilıq olmalıdır, nə soyuq, nə də otaq istiliyində olmalıdır. Uzaq Şərqdə insanlar yemək zamanı heç vaxt soyuq su içmirlər. Bunun yerinə isti çay tövsiyə edilir.
Bu üsulu yüksək təzyiqi və diabet olanlar 30 gün, qastrit və qəbizlikdən əziyyət çəkənlər 10 gün, vərəmdən şikayət edənlər 90 gün, xərçəng xəstələri 180 gün tətbiq edə bilərlər. Artritdən əziyyət çəkənlər bu terapiyanı ilk həftə sadəcə 3 gün etməli, sonra isə gündəlik tətbiq etməlidirlər.
Əgər səhər yuxudan oyanan kimi bu qədər su içməyə əziyyət çəkirsinizsə, iki stəkanla başlayın. Vaxt keçdikcə 4 stəkana qədər artıra bilərsiniz. Böyrəklərimiz saatda 800-1000 ml su süzə bilmək qabiliyyətinə malikdir. Buna görə də bir dəfəyə 4 stəkandan çox su içmək böyrəklərə zərər verə bilər.
Yaponiyada çox yayılan Yapon Su Terapiyasının heç bir mənfi təsiri yoxdur. Əksinə, bunu gündəlik həyat tərzinizin bir hissəsinə çevirsəniz, bu, sizin ümumi sağlamlığınızın günü-gündən yaxşı olmasına kömək edər.
Yapon Su Terapiyasının elmi açıqlaması
İnsan mədəsinin oturmuş və ayaq üstü durmuş vəziyyətdə mövqeyi fərqlidir. Ayaq üstə duran insan maye qəbul edən zaman bu, birbaşa onikibarmaq bağırsağa gedir. Mədənin kiçik əyilən hissəsində, yəni mədə prospekti deyilən yerdə ("Waldeyerin" deyilir) çuxur var. Maye qidalar bu yolla hər zaman kiçik də olsa, aclığı olan mədə çıxışını keçərək onikibarmaq bağırsağa keçir. Əgər mayeni oturaq vəziyyətdə qəbul edirsinizsə, bu, əvvəl mədədə qalır, turşu ilə qarışaraq mikrobları ölür və sonra onikibarmaq bağırsağa keçir. Belə bir vəziyyətdə, yəni oturaraq su içən insan kalori daxil olmaqla bir çox xəstəliklərdən qorunur. Ayaq üstə duran zaman təzyiqli su sıxılmış vəziyyətdə olan orqanlara mənfi təsir edir. Oturaq vəziyyətdə isə su qıvrılaraq yavaş-yavaş bütün orqanlara gedir.
Suyu nə vaxt içmək olar, nə vaxt olmaz?
Mütəxəssislər su içməyin qayda-qanunlarını açıqlayıb.
Suyu içmək olmaz:
1. Hamamdan və duş qəbul etdikdən sonra su içməyin. Əgər içsəniz, orqanlarınız yaşlanacaq
2. Acı yedikdən sonra su içməyin. Əgər içsəniz, reflüks, qastrit və bağırsaq narahatlıqları yaranır
3. Yuxu arasında su içməyin, beyninizə təsir edər.
4. Meyvə yedikdən sonra su içməyin, turşuluq yaranar
5. Qaçıb yorulduqdan sonra su içməyin, qaraciyər və dalaq böyüyür
6. Şirniyyat yedikdən sonra su içməyin, şəkər qalxa bilər
7. Qusduqdan sonra su içməyin, vəbaya səbəb olar
8. Süfrəyə oturduğunuz zaman yeməkdən əvvəl və yeməkdən dərhal sonra su içməyin
Su içmək olar:
1. Ət yedikdən sonra
2. Yağlı yedikdən sonra
3. Qorxduğunuz zaman
4. Yuxudan oyanan zaman
5. Yatmazdan əvvəl
6. Yemək arasında
7. Susuzluq hiss etmədən, ən azı gündə iki litr su için.