Terrorçu "əş-Şabab" qruplaşmasının silahlıları Somalinin Aşağı Şabella əyaləti Mariirey şəhərinin merini və ordu zabitini edam ediblər.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Məlumata görə, terrorçular 200-ə yaxın sakini şəhərin meydanına zorla toplayaraq onların gözü qarşısında məmur və zabiti güllələyiblər.
Xəbərdə bildirilib ki, Mariirey iki ay öncə "əş-Şabab" siahlıları tərəfindən ələ keçirilib.
Mariirey şəhəri qətl törədilən şəhəin yaxınlığında yerləşir.
Aktual.az