Səfirliyə hücuma görə 100-ə yaxın şəxs saxlanıldı

Səfirliyə hücuma görə 100-ə yaxın şəxs saxlanıldı
  • DÜNYA

İran hakimiyyəti yanvarın 3-ü gecə Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyinə hücumun istintaqı çərçivəsində 100-ə yaxın şəxsi həbs edib.

Aktual.az report-a istinadən bildirir ki, bu barədə İslam Respublikasının baş prokuroru Hüseyn Möhsün Edjeyi məlumat verib.

Prokuror əlavə edib ki, həbs olunanlardan bəziləri sonradan sərbəst buraxılıb.
İki ölkə arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

Dekabrın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.

Daha sonra iki ölkə arasında diplomatik münasibətlər və hava əlaqəsi kəsilib.

Xəbər 277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR