Səudiyyə Ərəbistanının səfirliyinə hücum edənlər qanunsuz əməllərinə görə cəzalandırılmalıdır. Onlar İranın imicinə böyük zərbə vururlar.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə edilən hücumdan sonra deyib.
Qeyd edək ki, Şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına hücum edərək, bir neçə otağı darmadağın ediblər.
Aktual.az