Səfirimizin bu sözü Ermənistanda manşet oldu

Səfirimizin bu sözü Ermənistanda manşet oldu

Zəngəzur dəhlizi tezliklə açıqlacaq.
Aktual.az xəbər verir ki, bu sözləri Türkiyədəki səfirimiz Rəşad Məmmədov "TRT Haber”ə müsahibəsində deyib.
"Zəngəzur dəhlizi Türkiyə ilə Azərbaycanı birləşdirir. Bu dəhlizin açılması istiqamətində işlər yüksək templə davam edir və sona çatmaq üzrədir”, - o bildirib.
Səfir xatırladıb ki, Zəngəzur Azərbaycan ərazisi olub və 1920-ci ildə Sovet Rusiyası Azərbaycandan qopararaq, Ermənistana hədiyyə edib. Bununla da Azərbaycanın əsas hissəsi ilə Türkiyəyə arasına maneə yerləşdirilib.
R.Məmmədov Zəngəzur dəhlizinin uzunluğunun cəmi 38 km olmasına da diqqət çəkib.
O, bu dəhlizin bütün region ölkələrinin maraqlarına cavab verməsindən, o cümlədən Ermənistanın təhlükəsizliyi üçün mühüm olmasından da bəhs edib.
Səfirimizin son sözləri Ermənistan mediasında xüsusi reaksiya doğurub.
Xəbər 420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR