Biz beynəlxalq hüquq normaları əsasında və bu regionda yaşayan insanların maraqlarında münaqişənin ədalətli həllinin tərəfdarıyıq.
Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini şərh edərkən deyib.
Səfirin sözlərinə görə, Rusiyanın bu məsələdəki mövqeyi dəfələrlə səsləndirilib:
“Bunu həm XİN rəhbəri, həm də prezidentin mətbuat katibi bildirib”.