Səfir: Ərəb turistləri Azərbaycanda biznes qurmaq istəyir

Səfir: Ərəb turistləri Azərbaycanda biznes qurmaq istəyir

“Ərəb turistlərinin arasında Azərbaycanda biznes qurmaq istəyən şəxslər də var”.

Aktual.az  Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın turizm potensialına həsr olunmuş məqalədə BƏƏ-nin Azərbaycandakı səfiriMəhəmməd Əhməd Hamil Əl-Qubaisi bildirib. 

“Azərbaycan prezidenti tərəfindən biznes üçün yaradılan şərait investorlar üçün əlverişlidir. BƏƏ-dən investorlar daha çox qeyri-neft sektoruna, xüsusilə, kənd təsərrüfatı sahəsinə sərmayə qoyuluşunda maraqlıdır. BƏƏ-nin böyük hissəsi səhradır, Azərbaycan isə münbit torpaqlara malikdir”, - deyə səfir qeyd edib. 

Səfir, həmçinin vurğulayıb ki, Azərbaycan və BƏƏ arasında ticarət əlaqələrinin yüksək göstəricilərinin əldə olunması üçün səylərini əsirgəməyəcək: 

“İnanıram ki, Azərbaycan hökumətinin dəstəyi ilə biz yaxın zamanlarda yeni uğurlar qazanacağıq”.

Xəbər 341 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR